...

Bolqarıstanda Azərbaycanın Respublika Günü qeyd edilib

Dünya xəbərləri Materials 31 May 2011 03:36 (UTC +04:00)
Bazar ertəsi Sofiyada 28 - may Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.
Bolqarıstanda Azərbaycanın Respublika Günü qeyd edilib

Bazar ertəsi Sofiyada 28 - may Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunmuşdur. Bu barədə Trend-ə Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Tədbirdə 300 nəfər qonaq iştirak etmiş və onların arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Xalq Məclisinin məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, müxtəlif siyasi partiyalarının nümayəndələri, tanınmış iş adamları, yerli icra hakimiyyəti başçıları, bələdiyyə sədrləri, aparıcı KİV-nin rəhbərləri və nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunmüş diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, və s. şəxslər olmuşlar.

Qəbulda qonaqlara Azərbaycan mətbəxinin təamları ikram edilmiş, ölkəmizlə bağlı sənədli filmlər nümayiş etdirilmişdir. Bununla yanaşı tədbir iştirakçılarına Avroviziya müsabiqəsinin qalibləri Eldar və Nigarın ifasında "Running Scared" mahnısı səsləndirilmiş və qalibiyyət sevincini əks etdirən videoklip təqdim edilmişdir.

Sonra qonaqlara ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini əks etdirən ingilis və bolqar dillərində kitab və jurnallar təqdim edilmişdir.

Bununla yanaşı, 28 may Respublika günü ilə əlaqədar Bolqarıstan Respublikasının kənd təsərrüfatı, ədliyyə, idman, ekologiya nazirləri, Parlamentin xarici siyasət və digər komissiyalarının rəhbərləri, o cümlədən Bolqarıstanın Avropa Parlamentindəki deputatları tərəfindən səfir E.Kərimovun ünvanına çoxsaylı təbrik məktubları göndərilmişdir.

Xəbər lenti

Xəbər lenti