...

İran Silahlı Qüvvələri komandirinin baş müşaviri Türkiyəyə səfər edib

Dünya xəbərləri Materials 2 İyun 2011 15:49 (UTC +04:00)
İran Silahlı Qüvvələri komandirinin baş müşaviri, briqada generalı Əhməd Miqani və onu müşayiət edən daha iki hərbçi Türkiyəyə səfər edib.
İran Silahlı Qüvvələri komandirinin baş müşaviri Türkiyəyə səfər edib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

İran Silahlı Qüvvələri komandirinin baş müşaviri, briqada generalı Əhməd Miqani və onu müşayiət edən daha iki hərbçi Türkiyəyə səfər edib. Bu barədə Trend İranın IRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, İran İslam İnqilabından sonra ilk dəfədir ki, SQ-nin yüksək rütbəli rəsmiləri Türkiyəyə səfər edir. Səfər çərçivəsində İran hərbçiləri Türkiyə Hərbi Hava Qüvvələrinin yaranmasının ildönümü münasibətilə İstanbul və İzmirdə keçiriləcək tədbirlərə qatılacaqlar. Onlar həmçinin türkiyəli həmkarları ilə ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti