...

İranda havada olan tozun miqdarı kritik həddə çatıb

Dünya xəbərləri Materials 13 İyun 2011 11:38 (UTC +04:00)
İranın Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Tehran, Əlborz vilayətlərində havada olan tozun miqdarı kritik həddə çatıb. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat verir.
İranda havada olan tozun miqdarı kritik həddə çatıb

Azərbaycan, Bakı, 13 iyun /Trend/

İranın Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Tehran, Əlborz vilayətlərində havada olan tozun miqdarı kritik həddə çatıb. Bu barədə Trend İranın İRİNN xəbər kanalının rəsmi saytına istinadən məlumat verir.

İranın bəzi qərb şəhərlərində havanın güclü tozlanması nəfəsalmanı çətinləşdirir. Kritik vəziyyət bir neçə gündür başlayıb və daha iki gün davam edəcək.

İran KİV-in məlumatına əsasən, toz buludları külək vasitəsilə Səudiyyə Ərəbistanı və İraqdan gəlib.

Xəbər lenti

Xəbər lenti