...

Türkiyə müxalifəti parlamentdə and içməyəcək

Dünya xəbərləri Materials 28 İyun 2011 16:26 (UTC +04:00)
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu partiyasının Türkiyə parlamentinə qatılacağını, lakin parlamentdə and içməyəcəklərini açıqlayıb.
Türkiyə müxalifəti parlamentdə and içməyəcək

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu partiyasının Türkiyə parlamentinə qatılacağını, lakin parlamentdə and içməyəcəklərini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Kılıçdaroğlu həbsdə olan partiya üzvlərinin millət vəkili seçilməsinə baxmayaraq, onların parlamentə gəlməsinə maneçilik törədildiyi üçün partiyanın belə qərar etdiyini bildirib.

İyinun 12-də Türkiyədə parlament seçkiləri keçirilib. Parlament seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP bülletenlərin 100 faizi hesablandıqdan sonra seçicilərin 50 faizinin səsini toplayaraq qalib gəlib.

Bu nəticələrlə Ərdoğanın partiyası yeni parlamentdə 326 mandat əldə edib.

İkinci yerdə 25,8 faiz səslə (135 millət vəkili ilə) Cümhuriyyət Xalq Partiyası, üçüncü yerdə 13,6 faiz səslə (53 millət vəkili ilə) Milliyyətçi Hərəkat Partiyası durur.

Xəbər lenti

Xəbər lenti