...

ABŞ-da "Polis Akademiyası"nın ulduzu Bubba Smit vəfat edib

Dünya xəbərləri Materials 4 Avqust 2011 12:06 (UTC +04:00)
Los-Ancelesdə "Polis Akademiyası" silsilə komediya filmlərinin ulduzu Bubba Smit vəfat edib. ABŞ futbolunun peşəkar sabiq oyunçusu və polis serjantı rolunun ifaçısı Moisey Haytauerin 66 yaşı var idi

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Los-Ancelesdə "Polis Akademiyası" silsilə komediya filmlərinin ulduzu Bubba Smit vəfat edib. ABŞ futbolunun peşəkar sabiq oyunçusu və polis serjantı rolunun ifaçısı Moisey Haytauerin 66 yaşı var idi. Bu barədə "mələklər şəhəri"nin polisi məlumat verib. Trend-in məlumatına görə, xəbəri İTAR TASS yayıb.

Smit çərşənbə günü Boldvin Hillz rayonunda öz evində ölü tapılıb. Hər şey sübut edir ki, idman və kino ulduzu təbii səbəblərdən vəfat edib. Bu barədə polisin rəsmi ünmayəndəsi Riçard Frenç bildirib.

Smit "Baltimor kolst"(1967-71), "Oklend reyds" (1973-74) və "Hyuston oylerz"(1975-76) klublarına çıxış edib. İdman karyerasını başa vurduqdan sonra qaradərli nəhəng televiziyaya gedib. Orada müvəffəqiyyətli populyar verlişlərdə iştirak edib. Sonra kinoda, əsasən komediya və parodiya filmlərində çəkilməyə başlayıb. Onun məşhur işi "Polis Akademiyası"nda az danışan, nəhəng və və çox xeyirxah kadet, sonra isə "kop" rolu olub. 1984-cü ildən 1989-cu ilədək ekranlara bu silsilədən 6 film çıxıb. Smit onların 5-də oynayıb.

Xəbər lenti

Xəbər lenti