...

UEFA-nın hüquq məsləhətçisi İstanbula gəlib

Dünya xəbərləri Materials 22 Avqust 2011 17:56 (UTC +04:00)
UEFA-nın işgüzar etika və normativ qanunvericilik aktları məsələləri üzrə hüquq məsləhətçisi Pyer Kornyu bu gün prokuror Mehmet Berk ilə görüşmək üçün İstanbula gəlib.
UEFA-nın hüquq məsləhətçisi İstanbula gəlib

Azərbaycan, Bakı, 22 avqust /Trend/

UEFA-nın işgüzar etika və normativ qanunvericilik aktları məsələləri üzrə hüquq məsləhətçisi Pyer Kornyu bu gün prokuror Mehmet Berk ilə görüşmək üçün İstanbula gəlib. Trend-in məlumatına görə, bu barədə CNN türk məlumat yayıb. Berk razılaşdırılmış oyunların təşkili ilə bağlı cinayət işinin istintaqını aparır.

Elə bu iş çərçivəsində Türkiyənin "Trabzonspor" futbol klubunun prezidenti Sədri Şener və idarəetmə şurasının üzvü, Türkiyə Futbol Federasiyasının milli yığma üzrə cavabdehi Levent Qızıl saxlanılıb.

Polisin danışılmış oyunların təşkilində şübhəli bilinən futbol məmurlarının saxlanılması üzrə əməliyyatı iyulun 3-də səhər tezdən Türkiyənin 12 əyalətində, o cümlədən İstanbul və Ankarada eyni vaxtda başlayıb.

Türkiyə telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "sarı-lacivərdlər"in 3:1 hesablı qələbəsi ilə yekunlaşan razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Türkiyə KİV-i saxlanılanların sayının artacağını istisna etmir. Bunun hətta 150-dək yüksələcəyi deyilir. Lakin bu məlumat hələ ki rəsmi təsdiqini tapmayıb.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci böyük əməliyyatdır. "Hürriyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduğu 55 nəfər nəzarətə alınmışdı.

Xəbər lenti

Xəbər lenti