...

İranın Ali lideri 100 siyasi məhbusu əfv etdi

Dünya xəbərləri Materials 28 Avqust 2011 06:08 (UTC +04:00)
İranın Ali lideri ayətulla Əli Xamnei 100 siyasi məhbusu əfv edib. Bu barədə Mehr agentliyi Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadiyə istinadən xəbər yayıb.
İranın Ali lideri 100 siyasi məhbusu əfv etdi

Azərbaycan, Bakı, 28 avqust /Trend/

İranın Ali lideri ayətulla Əli Xamnei 100 siyasi məhbusu əfv edib. Bu barədə Mehr agentliyi Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadiyə istinadən xəbər yayıb.

Məlumata əsasən, azadlığa buraxılan şəxslər dövlət təhlükəsizliyinə qarşı cinayətlər törədikləri üçün həbs olunublar.

Fars agentliyi adını açığlamadığı şəxsə istinadən məlumat verir ki, bu məhbuslar 2009-cu il prezident seçkilərindən sonra baş vermiş etiraz aksiyalarının iştirakçılarıdır.

Azadlığa buraxılanların adları hələ də açığlanmayıb.

Əfv olunmuş 100 nəfərdən 70-i şənbə günü azadlığa buraxılıb, 18-i haqqında verilmiş hökmün icrası dayandırılıb, 12-nin həbs müddəti azaldılıb.

Xəbər lenti

Xəbər lenti