Azərbaycan, Bakı, 22 noyabr /Trend/
"Pakistan talibləri hərəkatı" qruplaşmasının silahlıları hökumətlə başlayan danışıqlara dəstək olaraq, bütün ölkə ərazisində atəşkəs elan ediblər. Trend-in çərşənbə axşamı "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın yüksəkrütbəli nümayəndələrindən biri bəyan edib.
Əvvəl verilən məlumata görə, İslamabad vasitəçilərin köməyi ilə "Tehrik-e taliban-e Pakistan" ("Pakistan talibləri hərəkatı") qruplaşmasının silahlıları ilə danışıqlar aparır.