...

Bəşşar Əsəd: Suriya məsələsində ərəb ölkələrinin birliyi yoxdur

Dünya xəbərləri Materials 10 Yanvar 2012 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir A.Tağıyeva/

Ərəb ölkələri Suriyayla bağlı siyasətlərində eyni deyillər. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Suriya Przidenti Bəşşar Əsəd deyib.

"Bir sıra ərəb ölkələri Suriyanı dəstəkləyir, lakin onlar xarici təzyiq altında siyasətlərini bizə qarşı yönəltməyə məcburdurlar", - Əsəd deyib.

Prezident, həmçinin bəyan edib ki, regionun bir sıra ölkələri ölkədə xaos yaratmaq üçün Suriyada baş verən hadisələri təhrif etməyə çalışırlar.

Bununla əlaqədar olaraq, Əsəd hesab edir ki, ölkədə vəziyyətin sabitləşdirilməsi üçün təkcə siyasi islahatlar kifayət deyil, həmçinin terrorizmlə də mübarizə aparmaq lazımdır.

Suriya 9 ay yarımdır ki, getdikcə zorakılıq xarakteri alan hökumət əleyhinə aksiyalar şəraitində yaşayır. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

Xəbər lenti

Xəbər lenti