...

Türkiyə parlamentinin spikeri Fransa Senatına məktub göndərib

Dünya xəbərləri Materials 13 Yanvar 2012 14:44 (UTC +04:00)
Türkiyə parlamentinin spikeri Cəmil Çiçək cümə günü Fransa Senatının sədri Jan-Pyer Belə məktu göndərib.
Türkiyə parlamentinin spikeri Fransa Senatına məktub göndərib

Azərbaycan, Bakı, 13 yanvar /Trend müxbir A.Tağıyeva/

Türkiyə parlamentinin spikeri Cəmil Çiçək cümə günü Fransa Senatının sədri Jan-Pyer Belə məktu göndərib. Çiçək məktubda bəyan edib ki, Türkiyə Ermənistanın bayraqdarı rolunu oynayan Fransanın mövqeyini başa düşməkdə çətinlik çətir. Bu barədə cümə günü Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Çiçəyin sözlərinə görə, Fransa Milli Assambleyası tərəfindən qondarma "erməni soyqrımı"nı inkara görə cinayət cəzası haqqında qanun layihəsinin qəbulundan sonra Türkiyə-Fransa münasibətləri böhran yaşadı. Böhran qanun layihəsinin Senat tərəfindən təsdiqi halında dərinləşə bilər.

Spiker ümid etdiyini bildirib ki, Fransa Senatı ölkədə söz azadlığını məhdudlaşdıran qanun layihəsini qəbul etməyəcək. Onun qəbulu, həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına mənfi təsir edəcək, eləcə də Fransa və Türkiyənin inkişaf edən münasibətlərinə zərbə vuracaq.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Senatın qanun layihəsini 23 yanvar gündəliyinə salacağı gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu élan edib.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti