...

İranda dövlət qulluğuna yeni qəbul olunmuş məmurlara Quran oxumağı öyrənmək icbari olacaq

Dünya xəbərləri Materials 17 Yanvar 2012 11:32 (UTC +04:00)
İranın Nazirlər Kabinetinin yeni qərarına əsasən, icra orqanlarında işə qəbul olunmuş məmurlar üçün Quran oxumağı öyrənmək icbari olacaq.
İranda dövlət qulluğuna yeni qəbul olunmuş məmurlara Quran oxumağı öyrənmək icbari olacaq

Azərbaycan, Bakı, 17 yanvar / Trend müxbir T.Cəfərov/

İranın Nazirlər Kabinetinin yeni qərarına əsasən, icra orqanlarında işə qəbul olunmuş məmurlar üçün Quran oxumağı öyrənmək icbari olacaq. Trend-in məlumatına görə, bu barədə İranın khorasannews.com internet qəzeti məlumat verir.

Məlumatda bildirilir ki, dövlət qulluğuna yeni qəbul edilmiş məmurlar Quran təlimləri keçdiklərinə dair arayış təqdim etməlidirlər. Arayışı təqdim etməyənlər isə Quranın üzdən oxunması üzrə təlim kurslarında iştirak etməli və daha sonra işə başlamalıdırlar.

Xəbər lenti

Xəbər lenti