...

İran yeni pilotsuz təyyarə hazırlayıb

Dünya xəbərləri Materials 30 Yanvar 2012 11:52 (UTC +04:00)
İran alimləri və konstruktorları pilotsuz uçan aparat (PUA) "A1" yaradıblar. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi pilotsuz təyyarənin yaradıcısı olan şirkətin icraçı direktoru Mehdi İrajinin sözlərinə istinadən bildirib.
İran yeni pilotsuz təyyarə hazırlayıb

Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva /

İran alimləri və konstruktorları pilotsuz uçan aparat (PUA) "A1" yaradıblar. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi pilotsuz təyyarənin yaradıcısı olan şirkətin icraçı direktoru Mehdi İrajinin sözlərinə istinadən bildirib.

PUA "A1" 10 min fut hündürlüyə qədər uça və 5 kiloqrama yaxın faydalı yük daşıya bilər. PUA iki saat müddətində uçuşda ola bilər. Aparatın öz çəkisi 50 kiloqram təşkil edir.
PUA rəngi, kimyəvi materialı və səsi müəyyən edə bilən ötürücü kameralara malikdir.

İran pilotsuz uçan aparatların bir neçə tipini istehsal edir. Ölkənin Pardiz texnoloji təşkilatı ötən ilin noyabrında hərbi və mülki məqsədlər üçün yeni çoxfunksiyalı PUA yaratdığını elan etmişdi.

Bu pilotsuz təyyarə yanacağın iki növündən - benzindən və xüsusi yağdan istifadə edir və qiyməti 50 min dollara yaxındır.

İran istehsalı olan PUA özünün ilk uçuşunu 2010-cu il avqustun 22-də Müdafiə Sənayesi Günü tədbirlərində həyata keçirib.

Xəbər lenti

Xəbər lenti