...

Dəməşq İƏT-nin humanitar yardımının gətirilməsinə icazə verib

Dünya xəbərləri Materials 12 Mart 2012 14:21 (UTC +04:00)
Suriya hakimiyyəti İslam Əməkdaşlığı Təşkilatının (İƏT) ölkəyə humünitar yardım gətirməsinə icazə verib.
Dəməşq İƏT-nin humanitar yardımının gətirilməsinə icazə verib

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir A.Tağıyeva /

Suriya hakimiyyəti İslam Əməkdaşlığı Təşkilatının (İƏT) ölkəyə humünitar yardım gətirməsinə icazə verib. Trend-in məlumatına görə, bu barədə İƏT-nin rəsmi nümayəndəsi Tarik Əli Bahit bazar ertəsi bildirib.

Bahitin sözlərinə görə, təşkilat birinci yardım karvanını yaxın günlərdə yola salmaq niyyətindədir.

Humanitar yardıma dərmanlar, ərzaq məhsulları və ilkin tələbat malları daxildir.

Xəbər lenti

Xəbər lenti