...

İranda iki kiçik gəmi batıb: 2 nəfər ölüb, 4 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 19 Mart 2012 09:45 (UTC +04:00)
İranın Fars körfəzi sahillərində yerləşən Ganave limanı (Bandar Ganaveh) yaxınlığında iki yükdaşıyan kiçik gəmi batıb.
İranda iki kiçik gəmi batıb: 2 nəfər ölüb, 4 nəfər itkin düşüb

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir T.Cəfərov/

İranın Fars körfəzi sahillərində yerləşən Ganave limanı (Bandar Ganaveh) yaxınlığında iki yükdaşıyan kiçik gəmi batıb. Hadisə nəticəsində 2 nəfər həlak olub, 4 nəfər isə itkin düşüb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, gəmilərin hər birində 6 nəfər olub. Hadisə baş verərkən gəmilərin birindəki ekipaj üzvlərini xilas etmək mümkün olub. Hazırda itkin düşmüş şəxslərin axtarışı davam edir.

Gəmilərin hər birində 500 tondon çox yük olub.

Xəbər lenti

Xəbər lenti