...

İran və "altılığ"ın danışıqları üçün yer yaxın bir neçə gün ərzində müəyyən olunacaq – İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 28 Mart 2012 14:33 (UTC +04:00)
İran və "altılığ"ın danışıqları üçün yer yaxın günlərdə müəyyən olunacaq. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi çərşənbə günü jurnalistlərə bildirib.
İran və "altılığ"ın danışıqları üçün yer yaxın bir neçə gün ərzində müəyyən olunacaq – İranın XİN rəhbəri

Azərbaycan, Bakı, 28 mart / Trend, müxbir E.Tariverdiyeva /

İran və "altılığ"ın danışıqları üçün yer yaxın günlərdə müəyyən olunacaq. Bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi çərşənbə günü jurnalistlərə bildirib. Trend-in məlumatına görə, bu barədə İranın Nazirlər Kabinetinin rəsmi saytında deyilir.

Salehi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü ilə bağlı İRNA agentliyinə bildirib ki, rəsmi Ankara artıq danışıqıların İstanbulda keçirilməsi ilə bağlı öz razılığını bildirib.

Nazirin sözlərinə görə, bu variant İranı qane edər, lakin yekun qərar bir qədər sonra qəbul ediləcək.

Salehi əlavə edib ki, İran və BMT Təhlükəsizlik Şurasının beş üzvü, üstəgəl Almaniya arasında danışıqlar gözlənildiyi kimi aprelin 13-də keçiriləcək.

Ərdoğanın İrana səfəri və Tehranla Ankara arasında mövcud olan dostluq əlaqələrindən danışan Salehi deyib ki, tərəflər təkcə nüvə problemini deyil, ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti