...

Moskvada azərbaycanlı ictimai xadim öldürülüb

Dünya xəbərləri Materials 11 Aprel 2012 10:27 (UTC +04:00)
Moskvada müsəlman ictimai xadim Mətin Mehdiyev qətlə yetirilib. Onun meyiti çərşənbə axşamı aşkar edilib.
Moskvada azərbaycanlı ictimai xadim öldürülüb

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Moskvada müsəlman ictimai xadim Mətin Mehdiyev qətlə yetirilib. Onun meyiti çərşənbə axşamı aşkar edilib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti çərşənbə günü paytaxtın hüquq-mühafizə orqanındakı mənbəyə istinadən məlumat verib.

Onun sözlərinə görə, meyit İkinci Brest küçəsindəki 43 saylı evdə tapılıb.

"Bədəndə boyun və üz nahiyəsində deşici-kəsici yaralar olub. Müəyyən edilib ki, öldürülən 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Mətin Mehdiyevdir", - agentliyin müsahibi qeyd edib.

Bu faktla bağlı RF CM-in 15 illik həbs cəzası nəzərdə tutan 105-ci maddəsinin 1-ci bəndi (qətl) üzrə cinayət işi açılıb.

Paytaxt polisinin mətbuat xidmətindən kişi meyitinin tapılması faktını RİA Novosti-yə təsdiqləsələr də, təfərrüatlar açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti