...

"Azad Suriya ordusu" ölkəyə hərbi müdaxiləyə çağırıb

Dünya xəbərləri Materials 20 Aprel 2012 10:18 (UTC +04:00)
Suriya ordusundan ayrılan "Azad Suriya ordusu" ölkədə baş verən toqquşmaların qarşısının alınması üçün Suriyaya hərbi müdaxilə edilməsinə çağırıb.
"Azad Suriya ordusu" ölkəyə hərbi müdaxiləyə çağırıb

Azərbaycan, Bakı, 20 aprel /Trend müxbir A.Tağıyeva/

Suriya ordusundan ayrılan "Azad Suriya ordusu" ölkədə baş verən toqquşmaların qarşısının alınması üçün Suriyaya hərbi müdaxilə edilməsinə çağırıb. Trend-in məlumatına görə, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat verib.

"Azad Suriya ordusu"nun Hərbi Şurasının rəhbəri, polkovnik Mustafa Əl-Şeyx telekanala verdiyi açıqlamada onu da qeyd edib ki, Bəşşar Əsəd hakimiyyətinin qəbul etdiyi "Annan planı" öz bəhrəsini vermir və Suriya ordusu ölkənin bir çox şəhərlərində kütləvi qırğınlar törətməyə davam edirlər.

Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. Hər gün həm dinc sakinlər, həm də güc strukturlarının əməkdaşları arasında ölüm halları haqqında məlumatlar daxil olur. Ümumilikdə Suriyada hərbi toqquşmaların başladığı gündən etibarən ölənlərin sayı 10 min nəfərə çatıb.

Xəbər lenti

Xəbər lenti