...

İranın Neft Nazirliyinin informasiya şəbəkəsi fəaliyyətini bərpa edib

Dünya xəbərləri Materials 26 Aprel 2012 13:37 (UTC +04:00)
Aprelin 22-də İranın Neft Nazirliyinin informasiya şəbəkəsi kiberhücuma məruz qaldıqdan sonra bu gün o yenidən internetə çıxıb.
İranın Neft Nazirliyinin informasiya şəbəkəsi fəaliyyətini bərpa edib

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbirlər M.Moizi, E.Tariverdiyeva /

Aprelin 22-də İranın Neft Nazirliyinin informasiya şəbəkəsi kiberhücuma məruz qaldıqdan sonra bu gün o yenidən internetə çıxıb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məmurların ehtimallarına görə, hücum çox güman ki, bu sahənin inkişafına mane olmaq üçün nNazirliyin avtomatlaşdırılmış idarəetmə sisteminə yönəldilib.

Lakin İİR-in Milli Neft Şirkəti haqqındakı son dərəcə vacib məlumata xələl dəyməyib. Çünki şirkətin əsas serveri nazirliyin ümumi şəbəkəsindən ayrı çalışır.

Xəbər lenti

Xəbər lenti