Azərbaycan, Bakı, 28 aprel/Trend, müxbir A. Tağıyeva/
Cümə günü gecə saatlarında İstanbuldan Mersinə istiqamət alan avtobus Kütahya vilayətində yolda aparılan təmir işləri səbəbindən aşıb. Bu barədə Trend şənbə günü "Zaman" qəzetinə istinadən məlumat verir.
İlkin məlumatlara görə, hadisə nəticəsində 30 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.