...

Türkiyə SQ İraqla sərhəddə əməliyyat aparıb

Dünya xəbərləri Materials 2 May 2012 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may / Trend, müxbir A.Tağıyeva /

Türkiyənin Hərbi Hava Qüvvələri bu gecə İraqın şimal sərhədində yerləşən Qoman dağlarında terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı əməliyyat aparıblar. Trend-in məlumatına görə, bu barədə "Sabah" qəzeti xəbər verir.

Türkiyə kəşfiyyatı PKK yaraqlılarından ibarət qrupun Hakkari əyalətindən sərhədi keçmək niyyəti haqqında məlumat əldə edib. Bunun qarşısını almaq üçün yaraqlıların Qoman dağındakı bazası aviasiya və artilletiya zərbələrinə məruz qalıb.

Əməliyyatın nəticələri haqqında məlumat hələ daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti