...

İranın yüksəkvəzifəli şəxsləri parlament seçkilərində səs veriblər

Dünya xəbərləri Materials 4 May 2012 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

İranın yüksəkvəzifəli şəxsləri parlament seçkilərinin ikinci turunda səs veriblər. Bu barədə Trend cümə günü "IRIB News"a istinadən məlumat verir.

Seçki məntəqələrinə gələnlər arasında daxili işlər naziri Mustafa Məhəmməd Nəccar, Konstitusiya Keşikçiləri Şurasıni sədri ayətullah Əhməd Cənnati, İranın sabiq prezidenti Əli Əkbər Haşemi Rəfsəncani, Ekspertlər Assambleyasının rəhbəri ayətullah Məhəmməd Rza Mahdavi Kani, ayətullah Hüseyn Nuri Həmədani və başqaları olublar.

İranda parlament seçkilərin ikinci turu çərçivəsində səsvermə cümə günü yerli vaxtla səhər saat 08:00-da başlayıb və saat 18:00-dək davam edəcək. Qanuna müvafiq olaraq, seçki məntəqələri 10 saat ərzində açıq olmalıdır. Ehtiyac yaranarsa, daxili işlər naziri səsvermənin vaxtını uzada bilər.

Parlament seçkilərinin ikinci turunda 33 seçki dairəsindən 130 namizəd iştirak edir. Lakin iddiaçıların yalnız yarısı parlamentə düşəcək.

Parlamentin yeni çağırışının ilk iclasının Qəməri tarixi ilə 1391-ci il xordad ayının yeddisində (2012-ci il 27 may) keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti