...

İran və Oman hərbi qüvvələri müştərək hərbi təlimlər keçirəcək

Dünya xəbərləri Materials 15 May 2012 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Cəfərov/

İran və Oman hərbi qüvvələri 2013-cü ilin yanvar ayında müştərək hərbi təlimlər keçirəcək. Bunu İran Silahlı Qüvvələrinin qərargah rəisinin əməliyyatlar üzrə müavini, general Mustafa Salami deyib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Salaminin sözlərinə görə, müştərək hərbi təlimlər İranın Bəndər Abbas limanında keçiriləcək.

Tehranda İran və Oman birgə hərbi komitələrinin iclasının sonunda jurnalistlərə açıqlama verən Salami həmin komitənin iki ölkə arasında hərbi sahədə, müxtəlif sahələrdə əməkdaşlıqların artırılması barədə razılıqlar əldə etdiyini deyib.

"Birgə komitənin iclasında hərbi sahədə tələbə mübadiləsi, birgə təlimlərin keçirilməsi, hər iki ölkədə keçirilən təlimlər zamanı qarşı tərəfdən müşahidəçi ekskpertlərin iştirakı kimi məsələlər barədə də razılıq əldə olunub", - Salami bildirib.

Xəbər lenti

Xəbər lenti