...

Türkiyədə xarici turistlər kütləvi şəkildə zəhərləniblər

Dünya xəbərləri Materials 31 May 2012 12:26 (UTC +04:00)
Dünən Türkiyənin Bodrum şəhərində 80 xarici turist zəhərlənib. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti xəbər verib.
Türkiyədə xarici turistlər kütləvi şəkildə zəhərləniblər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Tağıyeva /

Dünən Türkiyənin Bodrum şəhərində 80 xarici turist zəhərlənib. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti xəbər verib.

Zəhərlənməyə şəhərin restoranlarından birində verilən keyfiyyətsiz yemək səbəb olub. Turistlər əsasən İsveç, Danimarka, Finlandiya və Norveçdən olublar və onlar xəstəxanalara çatdırılıblar.

Həkimlərin sözlərinə görə, onların vəziyyəti narahatlıq doğurmur və sabit qiymətləndirilir. Onlardan bəziləri artıq xəstəxanadan evə buraxılıblar.

Xəbər lenti

Xəbər lenti