...

Yaponiyanın “Fukusima-1” AES-da qəzaya səbəb insan amili olub

Dünya xəbərləri Materials 5 İyul 2012 13:52 (UTC +04:00)
Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyasında qəzanın baş verməsinə 2011-ci il martın 11-dəki təbii fəlakət - zəlzələ və sunami deyil, stansiyanın operatorunun və idarəetmədəki texniki səhvlər səbəb olub.
Yaponiyanın “Fukusima-1” AES-da qəzaya səbəb insan amili olub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyasında qəzanın baş verməsinə 2011-ci il martın 11-dəki təbii fəlakət - zəlzələ və sunami deyil, stansiyanın operatorunun və idarəetmədəki texniki səhvlər səbəb olub. Belə bir nəticə qəzanın səbəblərini araşdıran parlament komissiyasının yekun məruzəsində əksini tapıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

"Tamamilə aydındır ki, qəzaya bu kimi təbii fəlakətlər deyil, insanın yol verdiyi səhvlər səbəb olub", - komissiyanın cümə axşamı parlamentə təqdim etdiyi məruzədə deyilir.

Komissiya göstərib ki, nə operator-şirkət TERSO, nə atom sahəsində enerji şirkətlərinin fəaliyyətini izləməli olan dövlət institutu "zəlzələdən və sunamidən dəyəcək zərəri fikirləşmədilər və ciddi texnoqen qəzasına, əhalinin təhlükəsizliyini təmin etmək və ona zəmanət vermək zərurətinə hazır deyildilər".

Məruzədə Yaponiyanın sabiq Baş naziri Naoto Kanın fəaliyyəti də tənqidə məruz qalıb. "Belə ki, o, TERSO şirkətinə etibar etmədən, məruzələr və əlavə dəqiqləşdirmələr tələb edərək fəlakətin ləğvi prosesinə daim qarışırdı. Onun müdaxiləsi "idarəetmə sistemində və personalın komandalarında qarışıqlıq yaradırdı", - komissiya belə hesab edir.

Komissiya məruzəni hazırlayarkən 13 min insanın sorğu və anketlərindən, o cümlədən ölkənin və TERSO şirkətinin rəhbərliyinin 1100 min işçisinin ifadələrindən istifadə edib.

Ötən ilin martında baş vermiş və hündürlüyü proqnozdan üç dəfə yüksək olan sunami "Fukusima-1" AES-də soyutma sistemini sıradan çıxardı. Qəza Çernobıl AES-dəki qəzadan sonra son 25 il ərzində dünyada ən böyük AES qəzası oldu. Atmosferə və dəniz suyuna radiasiyanın çoxsaylı sızmaları baş verdi. Stansiyanın 20 kilometrlik radiusundakı zonadan 140 min insan təxliyə olunmuşdu. Yoluxmanın yüksək səviyyəsinə görə bir sıra rayonlar, gözlənildiyi kimi, yaşayış üçün yararsız elan olunacaq. Qəzanın tam ləğvi, həmçinin reaktorların sökülməsi təxminən 40 il vaxt aparacaq.

Xəbər lenti

Xəbər lenti