...

Girov götürülmüş türk deputat bu gün azad olunacaq – CHP nümayəndəsi

Dünya xəbərləri Materials 13 Avqust 2012 16:15 (UTC +04:00)
Dünən terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri tərəfindən girov götürülmüş Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Hüseyn Aygün bu gün azad olunacaq.
Girov götürülmüş türk deputat bu gün azad olunacaq – CHP nümayəndəsi

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A.Tağıyeva/

Dünən terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri tərəfindən girov götürülmüş Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Hüseyn Aygün bu gün azad olunacaq. Bu barədə CHP-nin rəsmi nümayəndəsi Əli Kılıcı məlumat verib. Trend-in məlumatına görə, xəbəri "Sabah" qəzeti yayıb.

Dünən PKK yaraqlıları Tuncelidən ölkə parlamentinin deputatı Hüseyn Aygünü girov götürüblər.

Vilayət qubernatorunun bəyanatına görə, yerli vaxtla saat 17:00-a yaxın Aygünün getdiyi maşın Ovacıq şəhərində yaraqlılar tərəfindən saxlanılıb. Deputat oğurlanıb.

Siyasətçi ilə yanaşı onun rəsmi nümayəndəsi və "Axşam" qəzetinin müxbiri də girov götürülüb. Lakin az sonra o buraxılıb.

Aygün müxalifətyönlü Cümhuriyyət Xalq Partiyasının deputatıdır.

Xəbər lenti

Xəbər lenti