...

Eka Zquladze Gürcüstan daxili işlər nazirinin vəzifələrini icra edən təyin olunub

Dünya xəbərləri Materials 21 Sentyabr 2012 00:17 (UTC +04:00)
Eka Zquladze Gürcüstan daxili işlər nazirinin vəzifələrini icra edən təyin olunub.
Eka Zquladze Gürcüstan daxili işlər nazirinin vəzifələrini icra edən təyin olunub

Gürcüstan, Tbilisi, 20 sentyabr / Trend, müxbir N.Kirtsxaliya /

Eka Zquladze Gürcüstan daxili işlər nazirinin vəzifələrini icra edən təyin olunub. Bundan öncə o DİN-in birinci müavin vəzifəsində çalışıb.

Öz bəyanatında Zquladze söyləyib ki, polis son illərdə ki kimi açıq və şəffaf bir quruq qalacaq.

O, həmçinin cəzaların icrası, probasiya və hüquqi yardım naziri Giorgi Tuquşinin nəzarətinə keçən günü yeni təyin olunmuş Patrul polisin əməkdaşlarının keçəcəyini deyib.

Cümə axşamı Gürcüstan daxili işlər naziri Baço Axaliya istefa ərizəsi ilə prezident Mixail Saakaşviliya müraciət edib.

Ərizədə Baço Axaliya bildirib ki, onun dövründə islaq sisteminə gələn məsul şəxslər həbsxanalarda məhkumlarla qeyri-insani rəftar və zorakılıq hallarının baş verməməsinə əlindən gələni etməli idilər.

"Bununla bağlı mən mənəvi və siyasi məsuliyyəti hiss edərək prezidentə istefa ərizəsi isə müraciət etmişəm", Baço Axaliyanın Gürcüstan DİN-in saytında yerləşdirilən bəyanatında deyilir.

Xəbər lenti

Xəbər lenti