...

MSK: Səslərin 5,26 faizinin sayılmasından sonra "Gürcü arzusu" parlament seçkilərində liderdir

Dünya xəbərləri Materials 2 Oktyabr 2012 05:58 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) bazar ertəsi keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, MSK-dan verilən ilkin məlumata əsasən, hazırda Bidzina İvanişvilinin "Gürcü arzusu" müxalifət koalisiyası 51,62 faiz səslə birinci yeri tutur.

İkinci yerdə 43,85 faiz səslə hakim Vahid Milli Hərəkat Partiyası qərarlaşıb.

Digər nəticələr belədir:

Giorgi Tarqamadzenin Xristian-Demokratik Hərəkatı - 2%

Şalva Natelaşvilinin Gürcüstan Əmək Partiyası - 1,05%

"Yeni sağlar" - 0,45%

"Condi Baqaturia Kartuli Dasi" - 0,12%

"Xalq Hərəkatı" - 0,02%.

Ümumiyyətlə, 198 məntəqədən məlumatlar hesablanıb, bu isə məntəqələrin ümumi sayının 5,26 faizini təşkil edir.

Gürcüstanda parlament seçkilərində 14 partiya və iki siyasi blok iştirak edir.

Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.

Xəbər lenti

Xəbər lenti