...

İran və Ermənistan dəmir yolunun tikintisi məsələsini müzakirə edəcəklər

Dünya xəbərləri Materials 25 Oktyabr 2012 16:11 (UTC +04:00)
Yerevan və Tehran İran-Ermənistan dəmir yolunun tikintisi məsələsinin müzakirələrinin aparılması barədə razılğa gəliblər.
İran və Ermənistan dəmir yolunun tikintisi məsələsini müzakirə edəcəklər

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Yerevan və Tehran İran-Ermənistan dəmir yolunun tikintisi məsələsinin müzakirələrinin aparılması barədə razılğa gəliblər. Bunu Ermənistan-İran hökumətlərarası komissiyasının İran tərəfdən həmsədri, İranın energetika naziri Məcid Namcu bildirib. Trend-in məlumatına görə, xəbəri ARKA yayıb.

"Ermənistanda, yaxud İranda bütün maraqlı tərəflərin iştirakı ilə dəmir yolunun tikintisi ilə bağlı müzakirələrin keçirilməsi haqqında razılşama var", - Namcu oktyabrın 23-25-də komissiyanın Yerevanda keçirilən 11-ci iclasının yekunları üzrə anlaşma memorandumunun imzalanmasından sonra bildirib.

Onun sözlərinə görə, həm Ermənistan, həm də İran tərəfi dəmir yolunun tikintisinə böyük əhəmiyyət verir.

Şimal-Cənub dəmir yolu (İran-Ermənistan) Ermənistan tərəfinə xarici dünyaya çıxış üçün enerji resurslarının və başqa malların nəqlinin alternativ yolundan istifadə etməyə imkan verəcək. Ekspertlərin qiymətləndirmələrinə görə, layihənin reallaşdırılması üçün 1,7-2,8 milyard dollar tələb olunur. Yolun tikintisi hazırda Rusiya, İran və Çinlə müzakirə edilir.

Layihəyə Dünya Bankı və Asiya İnkişaf Bankı da maraq göstərir. Hazırda Ermənistandan bütün dəmir yol əlaqəsi Gürcüstan vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti