...

Yaralanmış prezidentliyə namizəd ona edilən hücumun detalları barədə danışıb

Dünya xəbərləri Materials 1 Fevral 2013 11:20 (UTC +04:00)
Dünən gecə sui-qəsdə məruz qalan Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyanın sözlərinə görə, o, maşından düşdükdən sonra ona atəş açılıb.
Yaralanmış prezidentliyə namizəd ona edilən hücumun detalları barədə danışıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Dünən gecə sui-qəsdə məruz qalan Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyanın sözlərinə görə, o, maşından düşdükdən sonra ona atəş açılıb. Ayrikyan insidentin detalları barədə ölkə parlamentinin vitse-spikeri Eduard Şarmazanova danışıb. Trend-in məlumatına görə, bu barədə "Novosti-Armeniya" agentliyi xəbər yayıb.

"Ona (Ayrikyana) bir nəfər yaxınlaşıb və 25-30 santimetrlik məsafədən iki atəş açıb", - Şarmazanov "Armnyus" teleşirkətinə bildirib.

Onun sözlərinə görə, Ayrikyan kənara əyilib və yardım çağırıb.

Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd olunub. İnsident Yerevanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirilər. Çox güman ki, artıq səhər güllə onun bədənindən çıxarılıb.

Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.

Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-nə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti