...

Əhmədinejad: İran və BAEA əməkdaşlıq etməlidir

Dünya xəbərləri Materials 13 Fevral 2013 16:04 (UTC +04:00)
İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehranın nüvə proqramı məsələsində əməkdaşlıq etməlidir. İran prezidenti Mahmud Əhmədinejad belə hesab edir.
Əhmədinejad: İran və BAEA əməkdaşlıq etməlidir

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Tehranın nüvə proqramı məsələsində əməkdaşlıq etməlidir. İran prezidenti Mahmud Əhmədinejad belə hesab edir. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Jurnalistlər qarşısında çıxış edən Əhmədinejad bəyan edib ki, İranla Qərb ölkələri arasında ölkənin nüvə proqramına dair danışıqlarda "münaqişəyə getməkdənsə, əməkdaşlıq etmək daha yaxşıdır".

Prezidentin sözlərinə görə, o şəxsən BAEA ilə danışıqlarda iştirak etmir, bunun üçün xüsusi komanda mövcuddur: "Mən bu məsələdə iştirak etmirəm".

Nüvə danışıqları ilə bağlı daha bir suala cavab verən Əhmədinejad bəyan edib ki, İran artıq nüvə dövlətidir və öz hüquqlarından geri çəkilməyəcək.

Bu gün İran BAEA ilə nüvə danışıqlarına başlayıb. Bu barədə ölkənin IRIB dövlət televiziyası xəbər verib.

BAEA direktorunun müavini German Nakertsin rəhbərlik etdiyi nümayəndə heyəti dünən gecə İran paytaxtına gəlib.

İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib ki, beynəlxalq qurumun mütəxəssisləri İranda "Parçin" obyekti üzrə əməkdaşlıq məsələsini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti