...

KİV: Ermənistan hökumətində kadr dəyişikliyi gözlənilir

Dünya xəbərləri Materials 22 Fevral 2013 12:48 (UTC +04:00)
Yaxın vaxtlarda Ermənistan hökumətində yeni vəzifələr meydana çıxacaq. O cümlədən, Baş nazirin yeni üç müavini təyin olunacaq, onlardan biri birinci müavin vəzifəsində çalışacaq. Trend-in məlumatına görə, bu barədə "Novosti Armeniya" "Ayatsk" (Baxış) qəzetinə istinadən xəbər verir.
KİV: Ermənistan hökumətində kadr dəyişikliyi gözlənilir

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Yaxın vaxtlarda Ermənistan hökumətində yeni vəzifələr meydana çıxacaq. O cümlədən, Baş nazirin yeni üç müavini təyin olunacaq, onlardan biri birinci müavin vəzifəsində çalışacaq. Trend-in məlumatına görə, bu barədə "Novosti Armeniya" "Ayatsk" (Baxış) qəzetinə istinadən xəbər verir.

Şəxsi mənbələrə istinadən qəzet yazır ki, hazırkı müdafiə naziri Seyran Ohanyan hökumət başçısının birinci müavini təyin olunacaq. Respublikanın müdafiə naziri postunda isə onu hazırkı polis rəisi Vladimir Qasparyan əvəz edəcək.

Bundan başqa, FHN-in rəhbəri Armen Yeritsyan polis rəisi təyin olunacaq.

"Dəqiqləşdirilməmiş məlumatlara görə, fövqəladə hallar naziri vəzifəsinə hakim Ermənistan Respublika Partiyasının gənclər qanadından Xaçik Asryan təyin olunacaq", - nəşr yazır.

Ermənistan Konstitusiyasına görə, prezident vəzifəyə başladığı gündən (seçkilərdən 50 gün sonra) hökumətin istefasını qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti