...

Makedoniya Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Dünya xəbərləri Materials 18 Aprel 2013 23:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Makedoniya Respublikasının Baş naziri Nikola Qruevski aprelin 18-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və Makedoniyanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Makedoniya Respublikasının Baş nazirini Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Makedoniyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti