Azərbaycan, Bakı, 8 may /Trend/
Ermənistanın dövlət başçısı Serj Sarqsyanın fərmanı ilə Ermənistan Respublikasının yeni hökumətinın tərkibi təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Mediamax" agentliyi xəbər yayıb.
Ərazilərin idarə olunması, Baş nazirin müavini Armen Qevorqyan, əmək və sosial məsələlər naziri Artem Asatryan, səhiyyə naziri Derenik Dumanyan, ədliyyə naziri Qrayr Tovmasyan, fövqəladə hallar naziri Armen Eriçyan, xarici işlər naziri Edvard Nalbandyan, təbiətin qorunması üzrə nazir Aram Aratunyan, kənd təsərrüfatı naziri Serqo Karapetyan, iqtisadiyyat naziri Vaqram Avanesyan, energetika və təbii sərvətlər naziri Armen Movsisyan, təhsil və elm naziri Armen Aşotyan, mədəniyyət naziri Asmik Poqosyan, müdafiə naziri Seyran Ohanyan, idman və gənclər məsələri üzrə nazir Yuri Vardanyan, diaspor üzrə nazir Qranuş Akopyan, rabitə və nəqliyyat naziri Qarik Belqaryan, şəhərsalma naziri Samvel Tadevosyan, maliyyə naziri David Sarkisyan təyin olunub.
Daha bir fərmanla sabiq maliyyə naziri Vaçe Qabrielyan Ermənistan hökuməti administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.
Yeni hökumətin ilk iclası mayın 8-də baş tutacaq.