Azərbaycan, Bakı, 12 may / Trend /
Türkiyənin Hatay əyalətindəki partlayışlarda Suriya xüsusi xidmət orqanlarının izi var. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən şənbə günü məlumat verir.
Türkiyə baş nazirinin müavini Bəşir Atalayın sözlərinə görə, araşdırma zamanı məlum olmuşdur ki, partlayışa Suriya iqtidaryönlü "Əl-Muxaberat" təşkilatının aidiyyəti var.
Son məlumatlara görə, Hatay əyalətinin Reyhanlı şəhərində terror aktı nəticəsində 43 nəfər həlak olub və 140 yaralanıb.
Daha əvvəl 40 nəfərin həlak olması və 100-dən çoxun yaralanması barədə bildirilib.