...

ABŞ Konqresinə İrana qarşı sanksiyaları kəskinləşdirən yeni qanun layihəsi təqdim edilib

Dünya xəbərləri Materials 22 May 2013 08:14 (UTC +04:00)
İran barəsində sanksiyaları kəskinləşdirən yeni qanun layihəsi çərşənbə axşamı ABŞ Konqresinə təqdim edilib.
ABŞ Konqresinə İrana qarşı sanksiyaları kəskinləşdirən yeni qanun layihəsi təqdim edilib

Azərbaycan, Bakı, 22 may / Trend /

İran barəsində sanksiyaları kəskinləşdirən yeni qanun layihəsi çərşənbə axşamı ABŞ Konqresinə təqdim edilib.

"İran ixracına embarqo haqqında Akt" adlı sənədin müəllifləri kimi respublikaçı senatorlar Mark Kirk və Con Kornin çıxış ediblər. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Qanun layihəsi, xüsusilə "İran hökumətinin mülkiyyətində olan və ya onun tərəfindən nəzarət edilən hər hansı bir şirkətin məhsul və xidmətlərinin alınmasına" qadağanın tədbiqini nəzərdə tutur.

Sənəd "qeyd olunan şirkətlərin maraqları çərçivəsində İran mallarının ixracı məqsədilə aparılan bütün əməliyyatlara" qadağanı tətbiq edir, eləcə də İran hökuməti ilə əlaqəlı olan "bütün şirkətlərin aktivləri"ni bağlıyır və onlara sığorta xidmətlərinin göstərilməsini qadağan edir.

Bu qanun layihəsi bir çox sənədlər kimi İranla yanaşı, həm də bu ölkə ilə işlər aparan digər xarici şirkətlərə qarşı yönəlib. Onun əsas məqsədi İran rəhbərliyinə təzyiqi gücləndirmək, onu beynəlxalq öhdəlikləri yerinə yetirməyə və nüvə silahını əldə etmək cəhdlərindən imtina etməyə məcbur etməkdir.

Senator Korni bildirib:"Xarici ölkələr və şirkətlər seçim qarşısında olacaqlar- onlar ya İran hökuməti ilə iş aparmayacaqlar, ya da ABŞ-da öz biznesini dayandıracaqlar".

Senator Kirk isə hesab edir ki, dünyanın bütün ölkələrinə aydın siqnalın göndərilməsi vaxtı çatıb -İran hökuməti ilə qanuni ticarətin aparılması kimi elə bir şey mövcud deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti