...

İran hökuməti ailələrə dərman almaq üçün maliyyə yardımı edir

Dünya xəbərləri Materials 19 İyun 2013 15:03 (UTC +04:00)
Hər bir ailəyə dərman almaq üçün subsuidya formasında maliyyə yardımları ediləcək. Bunu İranın səhiyyə nazirinin müavini Abbas Hacı Axundi deyib.
İran hökuməti ailələrə dərman almaq üçün maliyyə yardımı edir

Azərbaycan, Bakı, 19 iyun /Trend müxbir T.Cəfərov/

Hər bir ailəyə dərman almaq üçün subsuidya formasında maliyyə yardımları ediləcək. Bunu İranın səhiyyə nazirinin müavini Abbas Hacı Axundi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Hacı Axundi deyib ki, dərman preparatlarının qiymətinin artmasını nəzərə alaraq hökumət bahalı dərmanları almaq üçün ailələrə maliyyə yardımları göstərəcək.

Axundi bildirib ki, xəstələr apteklərdən aldıqları dərman üçün arayiş təqdim edəcəklər və həmin arayişə əsasən onların bank hesablarına yardım məqsədli vəsait köçürüləcək.

O deyib ki, bu layihəni artıq İranın Yəzd əyalətində sınaqdan keçirmişik və yaxın günlərdə bütün ölkə üzrə icrasına başlanılacaq.

Məlumatda yardım məqsədi ilə ailələrin bank hesabına köçürüləcək maliyyə vəsaitinin miqdarı açıqlanmayıb.

Son bir il ərzində nüvə proqramına görə, İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalar səbəbindən dolların qiymətinin İran rialına nisbətən dəyəri artıb. Bu ağır xəstəliklərdən əziyyət çəkən xəstələr üçün ölkəyə idxal olunan dərman preparatlarının qiymətinin artmasına səbəb olub. İran mətbuatının yazdığına görə, ölkədə xərçəng, ürək-damar, tənəffüs xəstəlikləri, hemofiliya, skleroz və s. xəstəliklərin müalicəsi üçün lazım olan dərmanların qıtlığı yaranıb və ya onların qiyməti həddindən artıq qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti