...

Partiya: Serj Sarkisyanın bəyanatı Ermənistanın müstəqilliyi üçün real təhlükədir

Dünya xəbərləri Materials 5 Sentyabr 2013 10:54 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyanın Ermənistanın Gömrük İttifaqına (Gİ) qoşulması və nəticədə Avrasiya İttifaqının formalaşdırılması prosesində iştirak etmək niyyəti haqqında bəyanatı Ermənistanın müstəqilliyi üçün real təhlükədir.
Partiya: Serj Sarkisyanın bəyanatı Ermənistanın müstəqilliyi üçün real təhlükədir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend /

Ermənistan prezidenti Serj Sarkisyanın Ermənistanın Gömrük İttifaqına (Gİ) qoşulması və nəticədə Avrasiya İttifaqının formalaşdırılması prosesində iştirak etmək niyyəti haqqında bəyanatı Ermənistanın müstəqilliyi üçün real təhlükədir. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" Ermənistanın "Azad Demokratlar" partiyasının bəyanatına istinadən məlumat yayıb.

Ermənistan Gİ-yə daxil olmaqla ölkə müstəqil xarici siyasət və sərbəst maliyyə-texniki fəaliyyətinin təmini kimi müstəqilliyin vacib atributlarını itirir. Gömrük və Avroasiya ittifaqları keçmiş sovet ölkələrinin müstəqilliklərinin əllərindən alınmasına istiqamətlənən Rusiyanın imperialist ideyalarının reallaşdırılmasından başqa bir şey deyil.

"Azad demokratlar" partiyası Serj Sarkisyanın timsalında Ermənistan hökumətinin belə addımlarını qınayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti