...

Sloveniyada ilk məscidin inşası başlayıb

Dünya xəbərləri Materials 15 Sentyabr 2013 05:28 (UTC +04:00)
Lyublyanada Sloveniya baş naziri Alenka Bratuşekin, çoxsaylı xarici qonaqların və bir neçə min dindarın iştirakı ilə şənbə günü ilk islam mədəniyyət mərkəzinin rəmzi daşının qoyulması mərasimi keçirilib
Sloveniyada ilk məscidin inşası başlayıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Lyublyanada Sloveniya baş naziri Alenka Bratuşekin, çoxsaylı xarici qonaqların və bir neçə min dindarın iştirakı ilə şənbə günü ilk islam mədəniyyət mərkəzinin rəmzi daşının qoyulması mərasimi keçirilib. Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Mərkəz 11 min kvadratmetr sahəni əhatə edərək, 40 metrlik minarə, məscid, kitabxana, tədris və idman mərkəzləri, yaşayış binaları da daxil olmaqla binalar kompleksindən ibarət olacaq. Kompleksin inşası üç il davam edəcək və qiyməti 12 milyon avro təşkil edir. Bu vəsaitin böyük bir hissəsini Qətər ianə şəklində verir.

Müsəlmanlar Sloveniyanın iki milyonluq əhalisinin təxminən 2.5% -ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti