...

İran şəhərlərindən birində həbsxana yaxınlığında baş verən partlayışda 28 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2013 12:23 (UTC +04:00)
İranın İlam şəhərində həbsxana binasının yaxınlığında baş verən partlayış nəticəsində 28 nəfər xəsarət alıb.
İran şəhərlərindən birində həbsxana yaxınlığında baş verən partlayışda 28 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E. Tariverdiyeva/

İranın İlam şəhərində həbsxana binasının yaxınlığında baş verən partlayış nəticəsində 28 nəfər xəsarət alıb. Bu barədə Trend İranın "İRNA" agentliyinə istinadən xəbər yayır.

İlkin məlumatlara görə, bu gün səhər saatlarında İranın qərbində yerləşən İlam şəhərində həbsxana yaxınlığında əl qumbarası partlayıb.

Məlumatda bildirilir ki, həbsdə olan bir şəxsin qohumları həbsxana qarşısında yığışıb, bundan sonra onlardan biri bina istiqamətində əl qumbarası atıb. Polis hücum edən şəxsləri zərərsizləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti