Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
ABŞ dövlət departamentinin nümayəndəsi Mari Xarf, guya ABŞ müəyyən şərtlərin yerinə yetirilməsinə qədər Suriya silahlı müxalifətin yardımının dayandırılması barədə türk və digər regional KİV-rin məlumatlarını çərşənbə günü təkzib edib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
"Bu doğru deyil. Mənim bu barədə məluatım yoxdur. Bizim dəstəyimiz (müxalifətə) davam edir", - Xarf deyib.
ABŞ bu ilin yayında, Suriya hökuməti ilə silahlı mübarizə aparan müxalifət birləşmələrinin hərbi dəstəkləmənin başlanması barədə elan edib.
Yardımın əsl məqsədi məlum deyil, lakin ABŞ KİV-in məlumatına görə, söhbət yüngül silahlanmadan gedir. ABŞ həmçinin Suriyaya hərbi təchizat, tibbi materiallar və ərzaq verirlər.