...

Belarus MDB dövlətlərini beynəlxalq arenada Birlik üzrə tərəfdaşlarının maraqlarını qoruyarkən həmrəyliyə çağırır

Dünya xəbərləri Materials 25 Oktyabr 2013 14:30 (UTC +04:00)
Belarus MDB dövlətlərini beynəlxalq arenada, eləcə də BMT platformasında Birlik üzrə tərəfdaşlarının maraqlarını qoruyarkən həmrəyliyə çağırır.
Belarus MDB dövlətlərini beynəlxalq arenada Birlik üzrə tərəfdaşlarının maraqlarını qoruyarkən həmrəyliyə çağırır

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Belarus MDB dövlətlərini beynəlxalq arenada, eləcə də BMT platformasında Birlik üzrə tərəfdaşlarının maraqlarını qoruyarkən həmrəyliyə çağırır.

Bu barədə Belarusun 2013-cü ildə MDB-də sədrliyinin gedişatı haqqında bəyanatda deyilir. Müvafiq bəyanatı Belarus Prezidenti, MDB Dövlət Başçıları Şurasının sədri Aleksandr Lukaşenko imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Belarus Prezidentinin mətbuat xidmətindən BELTA-ya məlumat veriblər.

Bəyanatda deyilir: "MDB-nin gələcəkdə möhkəmlənməsində, onun yaradıcı potensialının maksimum üzə çıxarılmasında, birgə fəaliyyətin bütün sahələrində əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsində maraqlı olduğumuzu bəyan edirik. Hesab edirik ki, enerji, nəqliyyat, aqrar sektor, təbii resursların hasilatı və emalı sahələrində MDB ölkələrinin rəqabət üstünlüklərindən istifadə edilməsi olduqca vacibdir".

Sənəddə, həmçinin innovasiya sahəsində hərtərəfli qarşılıqlı fəaliyyəti, MDB iştirakçısı olan dövlətlərin dünya iqtisadiyyatına və beynəlxalq ticarət sisteminə inteqrasiyasına yardım etməyə hesablanmış mal və xidmətlərin azad hərəkəti üçün şərtlərin məqsədyönlü formalaşdırılmasının davam etdirilməsinin zəruriliyi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti