...

Rusiya Dövlət Duması cinayət törətmiş miqrantların ölkədə işləməsinin qadağan edilməsini nəzərdən keçirir

Dünya xəbərləri Materials 31 Oktyabr 2013 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

"Vahid Rusiya" partiyasının deputatları müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş əcnəbilər üçün işləməyə verilən icazənin ləğvini və bu icazənin təkrar verilməsini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, deputatlar "Əcnəbi vətəndaşların Rusiya Federasiyasında hüquqi vəziyyəti" haqqında qanuna düzəlişlər etməyi təklif edirlər.

Qanun layihəsinin müəlliflərindən biri olan İqor İqoşin deyib ki, bu təşəbbüs deputatların bu yaxınlarda müzakirə çıxardığı digər qanun layihəsi ilə paralellik təşkil edir: "Həmin qanun layihəsinə əsasən, digər regionlardan gələrək ciddi qanun pozuntuları törədənlər (silah tətbiq etmiklə ağır bədən xəsarətlərinin yetirilməsi kimi) cəzalarını "kiçik vətənlərində" çəkə bilməzlər".

Onun sözlərinə görə, ölkədə aparılan miqrasiya siyasətinin məqsədi Rusiyaya yalnız ölkənin tələb duyduğu, buranın mədəniyyət və ənənələrinə hörmət edən insanları dəvət etməkdir: "Halbuki hazırda Rusiyada iş üçün icazə yalnız ağır və xüsusi ağır cinayətlər törətmiş əcnəbilərə verilir. Bu qayda qanunu pozan digər şəxslərə şamil edilmir".

Onun sözlərinə görə, Rusiya həbsxanalarında cəza çəkən 10 mindən çox əcnəbi vətəndaşdan yalnız 10-na qarşı deportasiya haqqında qərar qəbul edilib ki, bu da 0,1 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti