Azərbaycan, Bakı, 18 dekabr /Trend/
Davudoğlu dekabrın 19-da D-8 nazirlər şurasının iclasında iştirak edəcək, həmçinin region ölkələrinin nümayəndələri ilə ikitərəfli danışıqlar aparacaq. Bu barədə Trend TRT telekanalına istinadən məlumat verir.
Səkkiz inkişaf etmiş ölkə İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir, Nigeriya və Türkiyənin daxil olduqları D-8 islam dünyasının bütün sahələrində əməkdaşlığı nəzərdə tutur.
Nazirlər Şurasının iclasında D-8-in daha effektiv quruma çevrilməsi istiqamətində fəaliyyət baxılacaq.
Bundan başqa, təşkilatın institusional əsaslarının möhkəmləndirilməsi və əməkdaşlıq layihələrin qarşıdakı dövrdə həyata keçirilə biləcək yolları ilə bağlı fikir mübadiləsi keçiriləcək.
Xarici işlər naziri Əhməd Davudoğlu D-8 üzvü olan ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli danışıqlar aparacaq.