...

Xəsarət alan Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində dünyasını dəyişib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 Yanvar 2014 19:43 (UTC +04:00)
Öz iqamətgahında baş verən partlayış nəticəsində xəsarət alan Fələstinin Çexiyadakı səfiri Praqada çərşənbə günü aldığı xəsarətlərdən ölüb.
Xəsarət alan Fələstinin Çexiyadakı səfiri Praqada baş verən partlayış nəticəsində dünyasını dəyişib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Öz iqamətgahında baş verən partlayış nəticəsində xəsarət alan Fələstinin Çexiyadakı səfiri Praqada çərşənbə günü aldığı xəsarətlərdən ölüb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Reyter agentliyi məlumat verir.

Fələstinin Çexiyadakı səfiri Camal Məhəmməd Camal bundan öncə çərşənbə günü ağır vəziyyətdə Praqanın baş hərbi hospitalına yerləşdirilib. Səfirliyin nümayəndəsi çərşənbə günü bildirib ki, partlayış Praqa-6 rayonunun Beynəlmiləl küçəsində səfirinin evində baş verib.

Partlayışın səbəbi hələlik məlum deyildir. Fərziyələrdən birinə görə, partlayış səfir seyfi açan zaman, digər ehtimala görə, diplomat aldığı bağlamanı açdığı vaxtda baş verib.

Xəbər lenti

Xəbər lenti