...

Müşavir: ABŞ yeni sanksiyalar tətbiq edəcəyi halda İran parlamentinin bununla bağlı planı mövcuddur

Dünya xəbərləri Materials 14 Yanvar 2014 08:00 (UTC +04:00)
İran parlamenti nüvə proqramı üzrə danışıqlara birbaşa müdaxilə etmir, çünki bu, ölkə Konstitusiyasına ziddir. Bunu bazar ertəsi Trend-ə Parlament spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxülislam deyib.
Müşavir: ABŞ yeni sanksiyalar tətbiq edəcəyi halda İran parlamentinin bununla bağlı planı mövcuddur

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran parlamenti nüvə proqramı üzrə danışıqlara birbaşa müdaxilə etmir, çünki bu, ölkə Konstitusiyasına ziddir. Bunu bazar ertəsi Trend-ə Parlament spikerinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxülislam deyib.

Onun sözlərinə görə, parlament İranın danışıqlar qrupunu tam dəstəkləyir və onunla sıx əməkdaşlıq edir.

ABŞ Konqresinin İrana qarşı yeni sanksiyalar tətbiq etməsinin mümkünlüyü barədə suala cavab verən H.Şeyxülislam deyib ki, bu halda İran parlamenti Konqresə danışıqların gedişinə təzyiq göstərməyə imkan verməyəcək: "ABŞ yeni sanksiyalar tətbiq edəcəyi halda İran parlamentinin bununla bağlı planı mövcuddur".

Onun sözlərinə görə, İran parlamentinin uranın 60 faiz zənginləşdirilməsi üzrə planı var və bu günədək parlamentin 218 üzvü bu sənədi imzalamayıb: "İrana qarşı yeni sanksiyalar tətbiq edilsə, parlament bu sənədi təsdiq edəcək. Ölkə qanunlarına uyğun olaraq, heç kəs parlamentin qəbul etdiyi qanuna veto qoya bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti