...

Misirdə yük maşını sərnişin avtobusu ilə toqquşub, 19 nəfər, o cümlədən 3 uşaq həlak olub

Dünya xəbərləri Materials 20 Yanvar 2014 05:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Misirin cənub hissəsində şəhərlərarası avtomobil yolda yük maşını avtobusla toqquşub, 19 nəfər, o cümlədən beş qadın və üç uşaq ölüb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Assoşieyted Press agentliyi bazar ertəsinə keçən gecə məlumat verir.

Agentliyin məlumatına görə, toqquşma Luksor şəhərindən 100 kilometr cənubda yerləşən Edfu şəhəri yaxınlığında baş verib. Avtobus Qahirə istiqamətində gedib.

Ümumdünya səhiyyə təşkilatının rəsmi məlumatlarına görə, Misir yollarında baş vermiş yol-nəqliyyat hadisələrində təxminən hər il 12 min nəfər həlak olur.

Xəbər lenti

Xəbər lenti