Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Oktyabrda "Əl-Qaidə"nin Misirdən olan üzvü Moskvada sığınacaq almaq üçün miqrasiya xidmətinə müraciət edərkən saxlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RF FMX-nin paytaxt idarəsinin rəhbəri Olqa Kirillova bildirib.
O deyib: "2013-cü ilin oktyabrında sığınacaq verilməsi məsələsi ilə bağlı idarəyə müraciət edərkən "Əl-Qaidə" terrorçu qruplaşmasının üzvü olduğu aydınlaşan Misir vətəndaşı idarənin əməkdaşları tərəfindən saxlanılıb".
Həmin şəxsin sonrakı taleyi barədə məlumat verilmir.