...

Kanadada 40 maşının toqquşması nəticəsində 32 nəfər yaralanıb

Dünya xəbərləri Materials 28 Yanvar 2014 10:48 (UTC +04:00)
Kanadanın Kvebek vilayətində yağan güclü qar zamanı Sant-Adel şəhərciyi yaxınlığındakı avtomagistralda 40 maşın eyni vaxtda toqquşub.
Kanadada 40 maşının toqquşması nəticəsində 32 nəfər yaralanıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Kanadanın Kvebek vilayətində yağan güclü qar zamanı Sant-Adel şəhərciyi yaxınlığındakı avtomagistralda 40 maşın eyni vaxtda toqquşub. Polisin məlumatına görə, nəticədə 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan yeddisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS xəbər verib.

Məlumata görə, xilasedicilər maşınlarda sıxılıb qalmış insanları çıxarmaq üçün xüsusi hidravlik alətlərdən istifadə etməli olublar.

Qəza nəticəsində yolun hər iki istiqamətində hərəkət bir neçə saatlığa dayanıb. Bu da paralel yollarda bir neçə kilometrlik tıxacların əmələ gəlməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti