...

DİN: Kiyevdə son sutkalar ərzində 59 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 19 Fevral 2014 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ukrayna Daxili İşlər Nazirliyi (DİN) son sutkalar ərzində Kiyevdə baş vermiş qarşıdurmalarla əlaqədar 50 nəfərin saxlandığını bəyan edib.

Trend-in çərşənbə axşamı "İnterfaks-Ukrayna" agentliyinə istinadən verdiyi məlumata görə, bu, yerli vaxtla saat 10:00-a olan məlumatdır.

Qeyd edək ki, Kiyevdə iğtişaşlar fevralın 18-də yenidən başlayıb.

Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti