...

Türkiyə Suriya üzrə BMT-nin qətnaməsini alqışlayır

Dünya xəbərləri Materials 23 Fevral 2014 18:49 (UTC +04:00)
Türkiyə Suriyadakı humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini alqışlayır.
Türkiyə Suriya üzrə BMT-nin qətnaməsini alqışlayır

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Türkiyə Suriyadakı humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini alqışlayır. Bu barədə Trend Anadolu agentliyinə istinadən məlumat verir.

Türkiyə Xarici İşlər Nazirliyinin yazılı bəyanatında deyilir ki, qətnamə qısa müddətdə həyata keçirilməlidir.

Türkiyənin Xarici İşlər Nazirliyi Suriyada işləmək üçün humanitar təşkilatlara şəraitin yaradılmasının və təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayır.

Bəyanatda həmçinin bildirilir ki, əgər Suriya hökuməti BMT Təhlükəsizlik Şurasının qətnaməsinə məhəl qoymayaraq öz öhdəliklərini yerinə yetirməsə, ona sazişin mətninə uyğun olaraq tədbirlər tətbiq edilməlidir.

Xəbər lenti

Xəbər lenti